Rusiya və Türkiyə Suriya və Qəzzada vəziyyətin normallaşdırılmasının vacibliyini vurğulayıblar

Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz İstanbulda keçirilən məsləhətləşmələrdə qeyd ediblər ki, Suriyada vəziyyətin sabitləşdirilməsi və Qəzzada münaqişəyə son qoyulması üçün səylər göstərilməlidir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qarşılıqlı maraq doğuran Yaxın Şərq məsələlərinin ətraflı müzakirəsi zamanı əsas diqqət Suriyada və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin inkişafına yönəldilib”, - Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir .

Mövsüm

Aznews.az