- Dünyanın halı
- 25 Aprel 20:14
- 1 604
Nigeriyada silahlıların hücumu nəticəsində 20 nəfər ölüb

Nigeriyanın şimal-qərbində silahlıların kəndə hücumu nəticəsində azı 20 nəfər həlak olub.
Bu barədə yerli sakinlərə istinadən "Reuters" agentliyi məlumat yayıb.
"Cümə axşamı günortadan sonra yüzlərlə silahlı mədənçilərə atəş açıb, nəticədə Zamfara əyalətinin Maru Yerli İdarəetmə bölgəsindəki Qobirau Çali mədənçi kəndində atışma baş verib, 20-dən çox adam ölüb", - nəşr bildirib.
Agentlik vurğulayır ki, fidyə müqabilində adam oğurluğu Zamfara əyalətində adi bir hadisəyə çevrilib. Lakin hücumun mümkün motivləri ilə bağlı təfərrüatlar hələlik məlum deyil.
Mövsüm
Aznews.az