- Dünyanın halı
- 25 Aprel 20:32
- 1 132
Ekvadorda 6,3 bal gücündə zəlzələ baş verib

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) verdiyi açıqlamada, Cənubi Amerika ölkəsi Ekvadorda 6,3 bal gücündə zəlzələnin baş verdiyi qeyd edilib.
Açıqlamada zəlzələnin 23 kilometr dərinlikdə baş verdiyi bildirilir. Zəlzələdə bəzi binalara ziyan dəyərkən, can itkisinin olmadığı vurğulanıb.
2013-cü ildə Perunun şimalında və Ekvadorun cənubunda hiss edilən zəlzələ nəticəsində ən azı 14 nəfər ölüb, onlarla evə ziyan dəyib.
2016-cı ildə baş verən 7,8 bal gücündə zəlzələ Ekvadorda 1979-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ olub, 77 nəfərin ölümünə, 500-dən çox insanın yaralanmasına səbəb olub.
Mövsüm
Aznews.az