- Dünyanın halı
- 26 Aprel 17:46
- 1 411
Roma Papası Fransisk dəfn edilib

266-cı Roma Papası Fransiskin nəşi olan tabut Santa Maria Maggiore bazilikasında qəbirə qoyulub.
Aznews.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, dəfn mərasimi bir neçə kardinalın da daxil olduğu az insanın iştirakı ilə keçirilib.
Pontifikin məzarının necə görünəcəyinə dair fotoşəkillər bir gün əvvəl yayılıb. Mərmər lövhənin üzərində latın dilində "Fransisk" yazılıb.
Qeyd edək ki, Fransisk bu kilsədə dəfn edilmiş səkkizinci pontifik oldu. Lakin sonuncu dəfn XVII əsrin ikinci yarısına təsadüf edir. Kilsə Romada, yeddi təpədən birində - Eskvilin təpəsində yerləşsə də, rəsmi olaraq Vatikanın hakimiyyəti altında hesab edilir.