- Dünyanın halı
- 18:12
- 797
Konqo Respublikası BRİKS-ə üzv olmaq arzusunu açıqlayıb

Konqo Respublikası BRİKS-ə qoşulmaq istəyir, çünki assosiasiyanın layihələri ölkə üçün maraqlı ola bilər.
Konqo Respublikasının Prezidenti Denis Sassu Nqesso bu barədə Afrika Təşəbbüsü agentliyinə müsahibəsində bildirib .
"Bizim fikrimizcə, BRİKS layihələri Afrika və xüsusən də ölkəmiz üçün maraqlıdır. Düşünürük ki, bu halda Konqo BRİKS-də yerini tutmağa hazır olacaq".
Prezident xatırladıb ki, o, əvvəllər BRİKS-in bir neçə toplantısında iştirak edib, onlardan biri Rusiyada olub. Onun sözlərinə görə, BRİKS digər ölkələr üçün “qapıları açır” və genişlənə bilər.
Mövsüm
Aznews.az