- Dünyanın halı
- 18:58
- 1 441
Media Hindistan və Pakistan sərhədində atışmaların baş verdiyi barədə məlumat yayıb

Hindistan və Pakistan əsgərləri arasında gecə saatlarında Kəşmirdə Hindistan-Pakistan demarkasiya xəttində toqquşmalar baş verib.
Bu barədə NDTV telekanalı Hindistan Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
"Hindistan və Pakistan arasında gərginliyin artması fonunda baş verən atışma Kupvara və Baramulla rayonları və Axnoor sektoru ilə üzbəüz ərazilər yaxınlığında baş verib", - məlumatda deyilir.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Mövsüm
Aznews.az