- Dünyanın halı
- 29 Aprel 19:41
- 949
Nigeriyanın Borno əyalətində silahlıların hücumu nəticəsində azı 14 nəfər ölüb

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində anım mərasiminə silahlı hücum nəticəsində azı 14 nəfər həlak olub.
Hadisədə “Boko Haram” terror təşkilatı şübhəli bilinir.
Bu barədə Nigeriyanın Vanguard nəşri yazıb .
"Boko Haram üzvlərinin Borno əyalətinin Çibok Yerli Rəhbərlik Bölgəsindəki Kople kəndini zəbt etməsindən sonra ən azı 14 cəsəd çıxarılıb", - məlumatda deyilir.
Xəsarət alanların çoxunun əlavə müalicə üçün qonşu Adamava əyalətindəki xəstəxanaya aparıldığı bildirilir.
Mövsüm
Aznews.az