Dəməşq ətrafında dini qarşıdurma nəticəsində ondan çox adam ölüb

Dürzi və sünni müsəlmanlar arasında Dəməşq bölgəsində toqquşma baş verib və nəticədə azı 13 nəfər ölüb.

Bu barədə Reuters agentliyi məlumat yayıb .

“Çərşənbə axşamı Suriyanın paytaxtı yaxınlığında, əsasən dürzilərin yaşadığı bir qəsəbədə bir kişinin Məhəmməd peyğəmbəri söydüyü iddia edilən səs yazısı nəticəsində yaranan qarşıdurmalarda ondan çox insan həlak olub”, - məlumatda deyilir.

Reuters xəbər verir ki, bu davranış yerli sünni müsəlmanları qəzəbləndirib. Toqquşmalar gecə saatlarında yaxınlıqdakı Maliha şəhəri və digər sünni bölgələrindən olan yaraqlılar Dürzilərin Dəməşqin cənub-şərqindəki Jaramana qəsəbəsinə toplaşdıqda başlayıb.

Mövsüm

Aznews.az