"Paşinyan indi Ermənistanın hayındadır" - siyasi şərhçi

“Ermənistanın Fransadakı səfirliyi bu ölkənin məmurlarına Qarabağla bağlı xəbərdarlıq edib. Bu iddia ilə “Hraparak” qəzeti çıxış edib. Qəzet yazır ki, səfirlik Qarabağ ermənilərinin dərhal Azərbaycana geri qaytarılmasını rəsmi görüşlərdə tələb edən fransız məmurlardan bu mövqelərindən əl çəkmələrini xahiş edib. Erməni diplomatlar fransızlara çatdırıblar ki, belə bəyanatlar Ermənistan münasibətlərinə və sülh müqaviləsinin imzalanma prosesinə ciddi maneə yaradır”.

“Belə bir tələbin qoyulması ehtimal oluna bilər, ümumiyyətlə son dövrlər fikir versək İrəvanda Qarabağdan çıxan revanşistlərə və onun başında dayanan havadarlarına qarşı hökumət sərt addımlar atır. Bunun da əsas səbəbi budur ki, Paşinyan məhz Qarabağ klanını devirərək hakimiyyətə gəlib, ona görə maraqlıdır ki, Qarabağ klanı, Qarabağ kartından siyasətdə ona qarşı istifadə edənlər səhnədən getsin. Rəsmi İrəvan, konkret desək Paşinyanın Qarabağ ermənilərinin Qarabağa qayıtmasında beynəlxalq səviyyədə bir o qədər fəallıq göstərmədiyinin şahidi oluruq. Həm də Paşinyan anlayır ki, bu Ermənistanla-Azərbaycan arasında hazırda gedən sülh prosesinə maneçilik törədir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O qeyd edib ki, Qarabağ ermənilərinin "hüquqlarını" beynəlxalq səviyyədə gündəmə gətirməyə çalışan, bunu təbliğ edən dünya erməniliyi və onun əsas mərkəzlərindən biri olan Fransadır.

“Nə qədər ziddiyyətli səslənsə də indi bu məqamda olan bilsin ki, rəsmi İrəvanla Paris arasında bu məsələdə fikir ayrılığı yaranıb. Yaxud bizim bilmədiyimiz məqam rəsmi Bakı ilə İrəvan ola bilsin ki, hazırda sülh danışıqları razılaşmalarına çox yaxındır və ola bilsin Azərbaycan Ermənistandan Qarabağ erməniləri ilə bağlı məsələni əsas şərt kimi gündəlikdən çıxarmağı tələb edib, bu da Fransada son baş verənlərin bir siqnalı ola bilər. Hər halda mən bu danışıqlar prosesini yalnız kənardan təhlil edə bilərəm. Belə görsənir ki, Paşinyan indi Ermənistanın hayındadır, ona görə hazırkı məqamda ona Qarabağ erməniləri məsələsi ikinci dərəcəli məsələ kimi gələ bilər. Bu baxımdan Fransada Ermənistan səfirliyinin diplomatlarının bu ölkənin rəsmilərinə və məmurlarına belə bir çağırış etmə ehtimalını istisna etmirəm”.

Rəfiqə NAMAZƏLİYEVA