Prezidentin bu fərmanı çağdaş qanunlara uyğunlaşmaqdır - Millət vəkili

“Cənab Prezidentin “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik barədə fərmanı, təbii ki, təqdirəlayiqdir. Müasir yeni, çağdaş qanunlara uyğunlaşmaqdır. Təbii ki, qanunlar günümüzə, zamana, yeni çağırışlara adekvat olmalıdır və uyğunlaşdırılmalıdır. Bu prosesdə onun tərkib hissələrindən biridir. Təbii olaraq bu fərmana əsasən “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq üçün tələb olunan məlumatların siyahısına dəyişikliklər edilib və bu, bütün Azərbaycanın diplomatik əlaqələri olan ölkələr və digər əcnəbilərin ölkəyə gəlişində tənzimləmə rolunu oynayır. Burada digər məsələ isə azərbaycanlılara, dövlətimizə düşmənçilik edən, soyqırımı törədən, Azərbaycan və beynəlxalq qanunlarla cinayət törətmiş insanların, təbii ki, özünün arzuolunmaz şəxs və yaxud da ki, axtarışda olması barəsində müvafiq dövlət orqanlarında siyahıları var”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

O qeyd edib ki, hər bir şəxsin A-dan Z-yə bütün məlumatları mövcuddur və onların hər biri müvafiq dövlət orqanlarında saxlanılır.

“Ona görə də təbii olaraq xarici işlər nazirliyinin mətbuat katibi bununla bağlı məlumat verib ki, həmin arzuolunmaz şəxslərin və yaxud da ki, digər cinayət törətmiş insanların ölkəmizə daxil olması birbaşa onların həbsi ilədir və yaxud da arzuolunmaz şəxslərin ölkəyə buraxılması məsələsi ayrıca punktla qüvvədə qalır. Əgər həmin bölgədə yaşayan yaxud da xaricdə yaşayıb Azərbaycanla bağlı digər işləri aparan şəxslərin arzuolunmaz şəxslər siyahısına daxil edilməsi də qanunla tənzimlənir. Bu həmin şəxslərin əfv olunması məsələsi ilə tamamilə ayrıca məşğul olunacaq bir sistemdir. O şəxslərin dediyi fikirlər, törətdiyi əməllər hər biri çox incəliklə diqqət olunur. Əgər həmin şəxslərdə peşmançılıq varsa, həmin şəxslər Azərbaycan Respublikasına əfv olunma ilə bağlı müraciət ediblərsə, təbii ki, bu müraciətlərə baxıla bilər və müvafiq orqanlar da uyğun qərar verə bilərlər”.

Rəfiqə NAMAZƏLİYEVA