Gürcüstanda nələr gözlənilir?

Gürcüstanda hazırki seçkilər ölkədə kəskin siyasi qütbləşmənin əsl mənzərəsini ortaya qoymaqla yanaşı, Qərb və Rusiya qarşıdurmasının da bariz platformalarından biridir.

Cənubi Qafqazda təsir imkanlarını yalnız Ermənistan üzərindən reallaşdıra bilən Brüssel və Vaşinqtonun son ümidi Gürcüstandakı hazırki seçkilərdi. Həmin seçkilərin nəticələrindən aslı olaraq Qərb və Rusiyanın bu regiondakı qüvvələr balansı dəyişəcək.

Hakim Gürcü Arzusu partiyası ölkəsinin Rusiya ilə münasibətləri inkişaf etdirməsinin ərazi bütövlüyü probleminə də çarə olacağı qənaətindədir. Moskva ilə əlaqələri daha yumşaq səviyyəyə keçid etdirməyi bacaran bu partiya Qərbə inteqrasiyanın Gürcüstana itkidən başqa heçnə qazandırmadığı qənaətindədir. 4 Müxalifət partiyası isə “Avropaya inteqrasiya” adı altında birləşməkdədir. Məqsəd Qərb “idellarını” ölkəyə daşımaq, bu yolla isə həm Qərbə, həm də daxili auditoriyaya mesajlar verməkdir. Qərbə verilən mesaj “bizi tutsanız biz də sizin dayaqları gücləndirəcəyik” məzmununda, daxilə verilən mesaj isə “rifahımızın yolu Avropanın dəstəyindən keçri” məzmunundadır.

Prezident Zurabişvilinin Fransa ilə möhkəm əlaqələrinin olması müxalifətin etiraz aksiyalarına dəstək baxımından önəm daşıyır. Salome Zurabişvili həm millət vəkilliyinə, həm prezidentlik postuna məhz iqtidardakı Gürcü Arzusunun dəstəyi ilə gəlsə də, hazırda ona birmənalı arxa çevirməkdədir. Öncə “Müvəqqəti keçid hökuməti” planı irəli sürüldü, bu plan həyata keçməyincə Avropaya yürüyüş aksiyası keçirməyə başladı. Seçkiöncəsi sorğular heç bir tərəfin vacib olan %50+1 barajı keçmədiyini göstərir. Ehtimal ki, seçkilər 2-ci tura keçid edə və müxalifətin koalisiya qurma imkanlarına bağlı olaraq nəticələr dəyişə bilər. Müxalifət partiyaları aralarında olan kəskin ziddiyyətləri rəğmən hakimiyyətə gəlmək məqsədilə ikinci turda koalisiya yaratmağı bacararlarsa, Gürcü Arzusu hakimiyyətlə vidalaşmaq məcburiyyətində qalacaq.

Koalisiya formalaşmazsa, iqtidar partiyası parlament çoxluğunu davam etdirəcək və bu durumda hətta prezident Zurabişvilinin “vətənə xəyanət” ittihamı ilə impiçment qaydasında prezidentlik postundan kənarlaşdırılması ittihamı irəli sürüləcək. İstəniləm halda seçkinin nəticələrini zaman onu göstərsə də, öncədən əmin olduğumuz tək faktor Gürcüstanı yaxın perspektivdə ağır sınaqların gözlədiyidir.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi