"Gürcüstan vətəndaşları sabitliyə və öz gələcəklərinə səs veriblər" - politoloq

“Gürcüstan prezidenti Salome Zurabişvili seçkiləri tanımadığını açıqlayıb. O, vətəndaşları oktyabrın 28-də Tbilisidə parlament binası qarşısında seçkilərin nəticələrinə etiraz etməyə səsləyib. Bir neçə Qərb ölkəsi də birgə bəyanat yayaraq seçkinin nəticəsini tanımayacağını bildirdi”.

“Gürcüstanda parlament seçkiləri keçirilməmişdən əvvəl belə seçkilərdən sonra baş verəcək ssenarilərlə bağlı çox müxtəlif ehtimallar irəli sürülürdü və hazırda həmin ehtimallar özünü doğrultmaqdadır. Belə ki, hələ o zamandan iddia olunurdu ki, seçkiləri uduzan müxalifət onun legitimliyini qəbul etməyəcək və küçə etirazları ilə hakimiyyəti dəyişməyə çalışacaq. Bu ssenaridə Qərbdə hazırlanıb və Gürcüstana təqdim olunub. Gürcüstandakı siyasi qüvvələr və bir çox qeyri-hökumət təşkilatları hansı ki, Qərblə əlaqədədilər və onlar da bu planın iştirakçılarına çevriliblər. Seçkilərin ardından artıq parlamentə düşmüş dörd müxalifət partiyası, o cümlədən prezident Salome Zurabaşvili seçkilərin nəticələrini tanımayıblar. Onu legitm hesab etmirlər və artıq bir çox ölkələrdə bu seçkilərin nəticələrini tanımayacaqlarını bildiriblər. Təbii ki, Amerika və Avropa İttifaqından olan bəyanatlarda, onlar da seçkilərdə baş vermiş pozuntuların araşdırılması və s kimi məsələləri önə sürsələr də, tənqid etsələr də, amma məsələni çox da kəskin qoymurlar”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, fakt ondan ibarətdir ki, Gürcü Arzusu partiyası seçkilərdə qalib gəlib və bunun da əsas səbəbi Gürcüstan vətəndaşları sabitliyə və öz gələcəklərinə səs veriblər.

“Belə ki, Gürcüstan vətəndaşlarının əhəmiyyətli hissəsi Gürcüstana qarşı edilən Qərbin təzyiqləri də görürlər və eyni zamanda milli-mənəvi dəyərləri də əsas götürərək bu seçkilərdə öz mövqelərini ifadə ediblər. O cümlədən orada yaşayan azərbaycanlı soydaşlarımızda hansı ki, səsləri səkkiz faizə yaxındır, onlar da bu seçkilərdə əslində bölgədə sülhə və sabitliyə səs veriblər. Bu səslər də kifayət qədər seçkilərin nəticələrinə təsir edib. Bundan sonrası artıq bəllidir. Müxalifət, o cümlədən Gürcüstanın prezidenti etirazlar keçirməyi təklif edir. Hökumət isə öz mövqeyində qərarlıdır. Artıq Gürcüstan baş naziri Kobaxidze bu məsələlərə münasibət bildirərək deyib ki, müxalifətə ölkənin konstitusiya quruluşunu dəyişməsi ilə bağlı heç bir imkan tanınmayacaq və seçkilərin nəticələri qəbul olunmalıdır. Ona görə də bu həftə həlledici həftə hesab oluna bilər. Çünki Gürcüstan müxalifəti bu həftə daha ən ciddi etiraz aksiyalarını keçirilə bilər. Əgər proseslər zamanla yayılacaqsa, təbii ki, bu da həmin etiraz aksiyalarının getdikcə zəifləməsinə gətirib çıxaracaq. O baxımdan Gürcüstanda vəziyyət hələlik kifayət qədər mürəkkəb sayıla bilər və hökumət istefa verməsə, onun legitimliyi məsələsinə gəldikdə isə fakt budur ki, beynəlxalq təşkilatların özləri də Gürcüstanda seçkilərin yaxşı təşkil olunduğunu qeyd ediblər. Təbii ki, bir çox çatışmamazlıqlarda həmin bəyanatlarda yer alıb. Gürcüstan hakimiyyəti də seçkidə baş vermiş pozuntuları araşdırmaqda maraqlı olduğunu artıq ifadə edib. Əlbəttə Gürcü Arzusu partiyası hakimiyyətdə qalacaqsa, bu, Qərblə münasibətlərdə müəyyən gərginliyə gətirib çıxaracaq. Amma hesab edirəm ki, zamanla bu da tənzimlənə bilər. Nəzərə alsaq ki, Kobaxidze birinci açıqlamasında Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqının üzvlüyü ilə bağlı məsələdə heç bir dəyişikliyin olmadığını, Gürcüstanın üzərinə qoyulan öhdəlikləri 2028-ci ildə yerinə yetirib, başa çatdıracağına əminliyini ifadə edib”.

Rəfiqə NAMAZƏLİYEVA