- Müşahidə məntəqəsi
- 19:30
- 1 089
Siyasi şərhçi: "Ermənistanın bu əməli də fiaskoya uğrayacaq"
“Son zamanlar dünyadakı münaqişələrin alovlanması qlobal miqyasda yeni müharibənin başlaması ehtimalını artırıb. Ekspertlər mövcud geosiyasi qarşıdurmaları Üçüncü Dünya müharibəsinə hazırlıq kimi şərh edirlər”.
“Təəssüflər olsun ki, dünyanın müxtəlif nöqtələrində qaynar münaqişələr yaşanır. Belə ki, Rusiya- Ukrayna, İsrail- Fələstin münaqişələri və Tayvan məsələsinə görə Çinlə ABŞ arasındakı gərginlik dünyanın heç də yaxşı yerə getmədiyindən xəbər verir”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.
Siyasi şərhçi qeyd edib ki, digər tərəfdən isə bədnam qonşumuz Ermənistan Cənubi Qafqazı bir toqquşma zonasına çevirmək istəyir.
“Lakin Azərbaycanın balanslı xarici siyasəti və bizim erməni lobbisinin və onların havadarlarının münaqişə yaratmaq istəyinə, əməllərinə uymadığımız üçün biz məharətlə Cənubi Qafqazda gərginliyin artmasının qarşısını alırıq. Lakin Ermənistan hər vəchlə çalışır ki, Qərb güclərini Cənubi Qafqaza dəvət etsin. İstər İran, istər Rusiya, hətta Azərbaycanla belə gərginliyə səbəb olmaq istəyir. Lakin hesab edirəm ki, həmişə olduğu kimi Ermənistanın bu əməli də fiaskoya uğrayacaq”.
Rəfiqə NAMAZƏLİYEVA