- Müşahidə məntəqəsi
- 28 Noyabr 20:07
- 1 379
" Ermənistanla Rusiya arasında ticarət həndəsi silsilə artmaqdadır" - siyasi şərhçi
“Rusiyanın Ermənistandakı səfirinin son açıqlaması diqqətləri yenidən Moskva-İrəvan əlaqələrinə yönəldib. Səfir Sergey Kopirkin deyib ki, 2024-cü ilin birinci yarısında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 8,3 milyard dollar həddini keçib. Ötən il bu göstərici 7,4 milyard dollar təşkil edib. Səfir həmçinin vurğulayıb ki, hədəfləri 14-16 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaqdır. Oxşar açıqlamanı daha öncə Rusiyanın baş naziri və digər rəsmilər də verib. Qərbə yaxınlığı ilə tanınan, Moskva ilə çəkişən Paşinyan hökumətinin Rusiya ilə ticarət dövriyyəsini fantastik həddə qədər yüksəltməsi suallar yaradır”.
“Həqiqətə uyğun bir məqamdır ki, və bu rəqəmlərin 14-16 milyarda çatdırılacağı ehtimal olunur. Bu o deməkdir ki, iki ölkə arasındakı ticari-iqtisadi əlaqələrdə nəinki geriləmə yaşanmış, hətta əksinə böyük bir sıçrayış baş vermişdir. İki ölkə arasındakı hazırkı siyasi münasibətlərdəki gərginliyi nəzərə alsaq, ticarətin bu cür artması müəyyən suallar doğurur. Əsas sual da ondan ibarətdir ki, Qərbyönümlü siyasət xətti yürüdən Paşinyan Qərbdən müəyyən dividendlər, humanitar maddi dəstək, o cümlədən hərbi texniki dəstək alan Ermənistan Rusiya ilə ticarət dövriyyəsini davam etdirir. Hətta bəzi mütəxəssislərə görə Rusiyanın sanksiyalardan yayınmasına vəsilə olur və Qərb də buna göz yummaqdadır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Siyasi şərhçi qeyd edib ki, Qərb özü də Rusiya ilə qeyri-rəsmi şəkildə ticarətini davam etdirir və dolayı yolla bu ticarət davam etməkdədir.
“Məsələn, Almaniya bu gün Rusiyadan birbaşa neft almır, amma həmin nefti Hindistandan alır. Hindistan da həmin nefti Rusiyadan alır və dolayısı yolla əslində Almaniyanın istifadə etdiyi xam material Rusiya məhsuludur. Digər tərəfdən tək Almaniya deyil, Şərqi Avropanın da bir sıra ölkələri, istər Slovakiya, istər Macarıstan, Avstriya olsun, Rusiya ilə ticarət-iqtisadi əlaqələrini həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə davam etdirməkdədirlər. Bu onun göstəricisidir ki, əslində bu sanksiyalar bir növ örtük xarakterini daşıyır və aysberqin görünən tərəfidir. Aysberqin görünməyən tərəfi ondan ibarətdir ki, əvvəlki qədər olmasa da, Rusiya hələ də Avropa ilə ticari münasibətlərini davam etdirməkdədir. Başqa bir sual verilə bilər ki, Ermənistan- Rusiya arasında ticarət artırsa, niyə siyasi müstəvidə problemlər var? Bax bu daha vacib sualdır. Bu sualın cavabı düşünürəm ki, həm Rusiyanın Ermənistanla ticarətə, həmçinin də Ermənistanın əsas bu ticarətə ehtiyacı var. Ona görə bu iqtisadi proseslərə sədd qoya bilmir. Yəni Rusiya ilə ticarəti yavaşlada, azalda bilmir. Digər tərəfdən, ola bilər ki, əslində bu siyasi münasibətlərdəki gərginlik Rusiyanın və Ermənistanın birgə oyunudur. Məqsəd də ondan ibarətdir ki, dünya və Qərb elə zənn etsin ki, Rusiya- Ermənistan arasında problem var və Ermənistana silah, maddi yardımı təchiz etməyə davam etsin. Eyni zamanda Ermənistan da bu yolla Rusiyanın sanksiyalardan yayınmasına vəsilə olsun. Yəni bu ssenaridə belə çıxır ki, Rusiya qazanan tərəf olur. Ermənistan da müəyyən mənada qazanan tərəf olur. Avropa isə əslində aldadılan tərəf olur. Bu ssenarinin də əslində baş vermə ehtimalı düşünürəm ki, mümkündür”.
Rəfiqə NAMAZƏLİYEVA