Azərbaycan Fransanın Ermənistanı necə silahlandırdığını diqqətlə izləyir - DEPUTAT

"Nikol Paşinyan “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyovun cənab İlham Əliyevdən hayların qərblə əməkdaşlığı haqda, eyni zamanda Azərbaycanın üzvü olmadığı və olmayacağı bir qurumdan-KTMT-dən Ermənistanın çıxıb-çıxmayacağını niyə soruşduğunu yəqin anlamamış deyil. Dövlət başçımızın açağıdakı sözləri isə fikrimcə, rəsmi İrəvan üçün son xəbərdarlıqdır ki, qərbdəkilərin, ilk növbədə də Fransanın Ermənistanı necə silahlandırdığını Azərbaycan diqqətlə izləyir və bu silahlandırma təhlükəsizliyimiz üçün təhdid yaradacaq səviyyəyə çatdığı təqdirdə görüləcək cavab tədbirlərinin qarşısını heç kim ala bilməyəcək".

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib. O, daha sonra bildirib:

"Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın".

AzNews.az