- Müşahidə məntəqəsi
- 27 Dekabr 21:30
- 1 424
Bu məsələdə Rusiya Federasiyasını hər hansı cəza gözləmir - Vəkil
“AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması bir neçə məsələni gündəmə gətirib. Onlardan biri də təyyarənin Rusiya tərəfindən vurulmasıdır. Əgər xəbər təsdiqini taparsa ki, doğrudan da Azərbaycana məxsus təyyarəni Rusiya vurub, o zaman Moskvanın cəzalandırılması mümkündürmü?”.
“Əvvəlcə nəzərinizə çatdırmaq istərdim ki, bu iş üzrə istintaq tam yekunlaşmayıb, qərar verilməyib. Ona görə dəqiq bir şey demək olmur. Amma əgər bu işdə günahkar Rusiya Federasiyasına məxsus məsul şəxslər, hərbi qulluqçular və yaxud hansı hərbi qurumdursa, buna görə təbii ki, məsuliyyət müəyyənləşdirməlidir. Lakin cəza şəxsidir. Bu məsələdə Rusiya Federasiyasını hər hansı cəza gözləmir. İstintaq yekunlaşmayıb ancaq ehtiyatsızlıqdan da olmuş ola bilər. Rusiya Federasiyası tərəfindən birbaşa Azərbaycana qəsd söhbəti getmir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında vəkil Cavanşir Qasımzadə deyib.
Vəkil qeyd edib ki, əgər məlum olub, öz əsasını tapsa ki, Rusiya Federasiyasına məxsus hərbi hissə tərəfindən törədilib bu hadisə, bu zaman burada qəsd və ya ehtiyatsızlıq olub-olmaması araşdırılmalıdır.
“Cəza sadəcə dövlətlərə müharibə cinayətlərində tətbiq oluna bilər. Amma bu o demək deyil ki, Rusiya Federasiyası dövlət olaraq Azərbaycan Respublikasına hər hansı təzminat ödəməli deyil. Burada Azərbaycan Respublikası dövlət olaraq iddiaçı qismində çıxış edə bilər. Bu təyyarə qəzası nəticəsində vurulmuş zərər üçün yeni təyyarənin alınıb verilməsi və yaxud təyyarənin özünün qiymətinin ödənilməsi, bundan əlavə vətəndaşların özlərinə, ailələrinə dəyən zərər ödənilməlidir. Bu da Rusiyanın Maliyyə Nazirliyi vasitəsilə birbaşa Rusiya Federasiyasının dövlət büdcəsi hesabına həyata keçirilməlidir. Bu məsələ təbii ki, Mülki Məcəllənin 21-ci maddəsi ilə əhatə olunacaq. Dəymiş zərərin ödənilməsi üçün hətta burada sığorta şirkətləri, hansı ki, ölənlərin ailə üzvlərinə və yaralılara kompensasiya ödəyib. Həmin kompensasiyanı belə sığorta şirkətləri iddia qaldıraraq Rusiya Federasiyasının üzərinə vəzifə olaraq qoya bilər”.
Rəfiqə NAMAZƏLİYEVA