- Müşahidə məntəqəsi
- 17:58
- 848
"Paylan anlaqsız danışır" - Elxan Şahinoğlu
"Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən və Azərbaycanın Qarabağda həyata keçirdiyi bir günlük anti-terror əməliyyatından sonra bölgədə formalaşan reallıqları anlamağa başlayıb. O Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qalıb, Minsk Qrupundan imtina edib, “soyqırımı tanıtma” siyasətinin Ermənistana faydası olmadığını bildirib, üstəgəl Zəngəzur dəhlizinin yubadılmasının Ermənistana zərərini anlamağa başlayıb".
Bu barədə AzNews.az-a politoloq Elxan Şahinoğlu açıqlama verib.
Şahinoğölu deyib:
"Paşinyana müxalif olanlar isə hələ də xülya ilə yaşayır, ermənilərə “güclənib Azərbaycana cavab verəcəyik” kimi nağıllar danışırlar. Türkiyədə terrorçu PKK-nın siyasi qanadı olan HDP-nin erməniəsilli keçmiş millət vəkili Garo Paylan da eyni ağıldadır. İrəvanda ermənilərə deyib ki, “Ermənistanın Azərbaycana cavab verməsi üçün 3-5 il lazımdır. Vaxt qazanmaq üçün sülh müqaviləsi imzalanmalıdır”. Ermənistan sülh müqaviləsi imzalasa da, imzalamasa da, vaxt qazana bilməyəcək. Əksinə Azərbaycanla məsələlərin həlli əvəzinə vaxtın uzadılması Ermənistanın əleyhinə işləyir".
Həmsöhbətimiz qeyd edib ki, biz Birinci Qarabağ müharibəsindən lazımi dərslər çıxararaq İkinci Qarabağ müharibəsində qələbə qazandıq və bundan sonra yüz dəfə də müharibə olsa, hamısında Ermənistan üzərində qələbə qazanarıq:
"Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən, vəziyyəti Türkiyə ermənisindən doğru təhlil etməyi bacaran Paşinyan Azərbaycan və Türkiyə ilə düşmənçiliyin Ermənistanı uçuruma apardığının fərqindədir. Paşinyan bircə addım ataraq Konstitusiyada zəruri dəyişikliklərə getməklə sülh sazişinin imzalanmasını təmin edə bilər. Ancaq onu da unutmamalıyıq ki, Paşinyandan sonra hakimiyyətə revanşistlər gələrsə, onlara yenidən reallıqları anlatmaq məcburiyyətində qala bilərik".
AzNews.az