- Müşahidə məntəqəsi
- 19:20
- 998
İnsanlar vəfat etmiş yaxınlarını sosial mediada paylaşaraq doğrumu edir? - AÇIQLAMA
![](https://www.aznews.az/storage/2025/02/06/img-20250206-wa0000.jpg)
“Əksər hallarda insanlar ölən, yaxud xəstəliyə tutulan yaxınları ilə bağlı məlumatları sosial şəbəkədə aktual saxlamağa çalışırlar. Hətta yaxınını itirən biri, elə faciə yaşadığı gündə bunu ictimailəşdirir, bir sıra paylaşımlar edir”.
“Bəzi insanlar bu şəkildə edərək, acısını insanlara göstərib sevgi, diqqət ehtiyacını qarşılamağa, diqqət mərkəzində olmağa çalışır. Bəzi insanlar isə sadəcə olaraq ətrafındaki insanların ona üz verdiyi itkidən xəbərdar olsun, vəfat edən şəxs üçün dualar edilsin niyyəti ilə bu paylaşımı edir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında psixoloq Nizami Orucov deyib.
Psixoloq qeyd edib ki, birinci səbəb hazırda ən çox yayılan səbəb olaraq göstərilə bilər.
“Əvvəllər bir evdə, ərazidə ölüm, itki hadisəsi olduqda qadınlar səs - küy salaraq qonşuları, daha geniş ətrafı yanına toplamağa çalışırmışlar. Hazırda bu proses daha səssiz və aktiv olaraq sosial media vasitəsilə edilir. Yəni diqqətdə olmaq, qayğı mərkəzinə çevrilmək üçün edilə də bilir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az