- Müşahidə məntəqəsi
- 13 Fevral 22:30
- 4 177
"Reallıqdan uzaq yanaşmadır" - Siyasi şərhçi
![](https://www.aznews.az/storage/2025/02/13/ayten.jpg)
“Trampın “Fələstinsiz Qəzza” planı kifayət qədər reallıqdan uzaq yanaşmadır. Qəzzanın bərpa edilməsi zərurəti fələstinlilərin öz torpaqlarından çıxarılmasını təşviq edəcək bəhanə ola bilməz”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Qəzzadakı fələstinliləri Misir və İordaniya kimi qonşu ölkələrə göndərmək planı müzakirə olunmaqdadır. O, ABŞ-ın Qəzzanı bərpa edəcəyini, burada iş yerləri yaradacağını bildirib. Bununla belə, Trampın planına Qərbdən, eləcə də Ərəb dünyasından sərt reaksiya gəlib.
Siyasi şərhçi qeyd edib ki, Ərəb dövlətlərinin və eləcə də Türkiyə də daxil olmaqla bir çox önəmli aktorların etirazına səbəb olan bu planın Qəzzanın tədricən İsrailin nəzarətinə verilməsini hədəflədiyi aydındır.
“Ona görə də, Trampın bu əsassız yqnaşması gözlənildiyi kimi çox sərt reaksiya ilə qarşılaşdı. Düşünürəm ki, mövcud şəraitdə “Fələstinsiz Qəzza” planının reallaşdırılması istiqamətində atılacaq hər hansı bir addım kifayət qədər həssas mərhələdən keçən atəşkəs dövrünün sonu ola bilər”.
Rəfiqə NAMAZƏLİYEVA
AzNews.az