- Göz önü
- 14 Noyabr 2018 11:07
- 2 696
Gənclər ana dilini bilməlidir - Misir Mərdanov
“Azərbaycan adını dünyada tanıtmaları üçün mütləq riyaziyyat, informatika və ingilis dili bacarıqlarına yiyələnməlidirlər”
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Bakı şəhəri, Etibar Əliyev adına 162№-li tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.
AzNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını söyləyib.
Son illərdə AMEA-da bu istiqamətdə mühüm işlərin görüldüyünü deyən alim “Açıq qapı” gününün keçirilməsində əsas məqsədin şagirdlərin riyazi dünyagörüşünün formalaşdırılması, onlarda riyaziyyat elminə marağın artırılması olduğunu bildirib.
O qeyd edib ki, gənclərin öz ana dilini və tarixini bilmələri onların mənəvi borcudur. Onların gələcəkdə dünyaya inteqrasiya etmələri və Azərbaycan adını dünyada tanıtmaları üçün mütləq riyaziyyat, informatika və ingilis dili bacarıqlarına yiyələnməlidirlər.
Görüşdə məktəbin direktoru Sevinc Abbasova, məktəbin müəllimləri Dünyamin Yəhyayev, Aygün İsgəndərova, Peykər Həsənova və institutun əməkdaşları professor Məmməd Bayramoğlu, f-r.e.n, dos. Vidadi Mirzəyev, f.r.e.n. Əbdürrəhim Quliyev, r.ü.f.d Eminağa Məmmədov 162№-li tam orta məktəbdə riyaziyyat dərslərinin təşkili məsələləri ilə bağlı fikirlərini və təkliflərini bildiriblər.
AzNews.az