Cari il ərzində 55 hərbi qulluqçu sərhəd nəzarəti sahəsindən kənarlaşdırılıb Cari il ərzində 55 hərbi qulluqçu sərhəd nəzarəti sahəsindən kənarlaşdırılıb

Elçin Quliyev müşavirə zamanı rəisi işdən çıxardı

Cari il ərzində 55 hərbi qulluqçu sərhəd nəzarəti sahəsindən kənarlaşdırılıb

Noyabrın 25-də Dövlət Sərhəd Xidmətinin rəh­bərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nə­zarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçiril­ib.

DSX-dən verilən məlumata görə, xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı İl­ham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəti­cəsində son illər ərzində xarici ölkələrlə so­sial-iqtisadi münasi­bətlərin inkişafı, qar­şılıqlı faydalı ticarət əlaqə­lə­rinin geniş­lən­di­rilməsi və ölkə­mizə turizm axının artması ilə əla­qə­dar dövlət sərhədindən buraxılış məntəqə­lərin­dən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şə­rai­tində DSX-nin sər­həd nəzarətinin xidməti fəaliyyə­tinin daha da güc­ləndirilməsinin mü­hüm əhəmiyyət kəsb etməsini qeyd edib.

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statis­tik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nai­liy­yətlərin əldə olunma­sında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanmışdır. Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılmış, saxta və özgə­sinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər sax­la­nılıb.

Azərbay­can Respublikasının Prezidenti İl­ham Əliye­vin tapşırıqları əsasında DSX əməkdaşlarının sosial-məişət və­ziy­­yə­tinin gücləndirilməsinin, şəxsi heyətin pul təminatının artırıl­ma­sının, sərhəd nəzarəti məntəqələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə və­saitlərinin ayrılmasının sərhədçilərin xidmətinə ən yük­sək sə­viy­yədə göstərilən ali diqqət və qayğının ifadəsi olması bil­dirilib.

Sərhəd nəzarəti məntəqələrinin fəaliyyətində əldə olunmuş nai­liyyətlərin qo­runub saxlanılmasının və daha da artırılmasının mü­hüm­lüyü xüsusi vurğulanıb.

Sərhəd nəzarətinin vəzifəli şəxslərinin məruzələri, o cüm­lədən dövlət sərhədindən keçən şəxslər və nəq­liy­yat vasitələri üzə­rində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin mak­simal azal­dıl­ması və sürətli keçidi­nin təmin olunması üzrə təklif­ləri dinlənilmiş, xid­məti fəaliyyətin təkmilləşdirilməsi məsələləri mü­za­kirə olun­ub.

Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırıldığı qeyd edilib.

Xidməti müşavirədə DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi, polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Müşavirənin sonunda normativ-hüquqi aktların və rəh­bər sə­nədlərin tələb­lə­rinə riayət olunması, dövlət sərhədindən buraxılış mən­təqə­lərində xidmətə nəzarətin daha da gücləndirilməsi istiqa­mətində əlavə tap­şırıqlar verilib.

AzNews.az