- Göz önü
- 13 Fevral 2021 15:22
- 18 702
Murad Dadaşov Türkiyədə saxlanılan qadına vəzifə verdi -FOTO
Aytac Carçıyevaya “Xəzər” televiziyasında vəzifə verilib
Ötən ilin dekabrında Türkiyədə çəkiliş zamanı rusiyalı jurnalistlərlə birgə saxlanılan Aytac Carçıyevaya “Xəzər” televiziyasında vəzifə verilib.
Onun “Xəzər”ə təlimçi kimi qısa müddətə gətirildiyi deyilsə də, artıq işə götürüldüyü bildirilir.
A.Carçıyevanın, hətta televiziyanın departamentlərindən birinə rəhbər təyin ediləcəyi gözlənilir.
Qeyd: Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində Pilotsuz Uçuş Aparatlarının araşdırma və istehsal mərkəzinin yerləşdiyi sahəni qanunsuz olaraq görüntülədikləri bildirilən Rusiyanın xəbər kanalında çalışan müxbir Aleksey Petruşko, operator İvan Malişkin və onlara yardım etdiyi deyilən Azərbaycan əsilli Türkiyə vətəndaşı Aytac Carçıyeva İstanbul Təhlükəsizlik Müdirliyində 4 gün davam edən dindirmədən sonra Çağlayandakı İstanbul Ədliyyəsinə aparılıb. Prokurorun dindirməsindən sonra hər 3 nəfər sərbəst buraxılıb.(pravda.az)