- Göz önü
- 21 Aprel 2021 14:18
- 7 631
Mədəniyyət naziri Anar Kərimov COVİD-19-a yoluxub
Mədəniyyət nazirliyi: "Hazırda vəziyyəti stabildir"
Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.
Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk.
AzNews.az