Publisist: “Növbədənkənar parlament seçkiləri demokratik idarəetmənin daha da inkişafına töhfə verəcək”

“Növbədənkənar parlament seçkilərinin demokratik idarəetmənin daha da inkişafına töhfə verəcəyi, ölkələmizin taleyində xalqın məsuliyyətinin artırılmasında dönüş nöqtəsinə çevriləcəyi şübhəsizdir”.

Bu sözləri Seçki 2024 Müstəqil Media Mərkəzinə açıqlamasında “Qızıl qələm” mükafatı laureatı, publisist Vaqif Tanrıverdiyev bildirib.

“Bu seçkilər Azərbaycanımız üçün yeni mərhələ və daha aydın gələcəyə doğru uğurlu və işıqlı yolun əsası olacaq”, - deyə o əlavə edib.