İlqar Hüseynov: “Qarşıdan gələn seçkilər hədəflərimizə çatmaq yolunda mühüm mərhələ olacaq”

“Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ölkənin gələcək ictimai-siyasi arxitekturasının formalaşmasında mühüm mərhələdir. Bu seçkilər demokratik təsisatların daha da gücləndirilməsi və vətəndaşların siyasi həyatda geniş iştirakının təmin edilməsi üçün unikal imkanlar yaradır”.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Bakinski raboçi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlqar Hüseynov deyib.

“Qlobal çağırışlar və transformasiyalar kontekstində cəmiyyətimizin Azərbaycanın davamlı inkişafına və çiçəklənməsinə töhfə verəcək yeni yanaşma və ideyalara ehtiyacı var.

Ölkəmizin gələcəyi milli kimliyimizi, adət-ənənələrimizi qoruyub saxlamaqla müasir cərəyanları siyasi sistemə nə dərəcədə səmərəli şəkildə inteqrasiya edə bilməyimizdən asılıdır. Bu kontekstdə qarşıdan gələn seçkilər hədəflərə çatmaq yolunda mühüm mərhələ olacaq”, - deyə İlqar Hüseynov vurğulayıb.