Deputatlığa namizəd Niyaməddin Orduxanlının növbəti dəfə minlərlə evə seçki bukleti yayıldı - FOTO-VİDEO

50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, Niyaməddin Orduxanlının seçki bukleti növbəti dəfə minlərlə evə göndərilib.

AzNews.az xəbər verir ki, bu barədə mətbuata açıqlama verən Orduxanlı bildirib ki, avqustun 25-də növbəti dəfə seçki dairəsini əhatə edən 7 qəsəbə və kənddə seçki bukleti yayıldı:

” Bu gün də Seçki Qərargahımın onlarla üzvü növbəti dəfə Mehdiabad, Fatmayı, Novxanı, Görədil, Saray, Digah, Məmmədi kənd və qəsəbələrində seçki bukletimi yaydılar. Çox geniş bir kampaniya keçirildi. Bukletimi evlərə aparan seçki qərargahımın üzvüləri seçiciləri sentyabrın 1-də seçki məntəqələrinə gəlməyi və ƏHD Partiyasının namizədi Niyaməddin Orduxanlıya səs verməyə çağırırlar. Evlərə və vətəndaşlara yayılan minlərlə bukletimin şəkilləri özümün facebook və Tik-Tok səhifəsində paylaşılıb. Tik Tok səhifəmdə yayılan seçki şəkilim bir günə 100 mjn baxış olur. Qanunvericiliyin bütün imkanlatından istifadə edib, seçki kampaniyasını aparırıq. Mənim Abşeronda anadan olmağım və uzun illər böyük bir partiyada, hörmətli Qüdrət Həsənquliyevin müavini olmağım əlavə üstünlüklərdi. Biz bütün gücümüzlə qalib gəlmək uğrunda mübarizə aparırıq!”

"Qəsəbə və kəndlərdə yayılan bukletimin şəkilləri Facebook və Tik-Tok səhifəmdə yayılıb. Bu hesablarımda yüzlərlə şəkil yayılııb. Bütün gücümüzlə seçki kampaniyasını aparırıq. Abşeron ictimaiyyəti məni kifayət qədər tanıyır. Hər kəsə çağrış edirik ki, sentyabrın 1-də seçki məntəqələrinə gəlib ƏHD Partiyasının hörmətli sədri Qüdrət Həsənquliyevin müavini, namizəd Niyaməddin Orduxanlıya səs verin. Mənim həm də sosial şəbəkələrdə çox geniş təblığatım aparılır. Yüz minlərlə sosial şəbəkə istidadəçilərinə seçki plakatım və uzun illər siyasi proseslərdəki iştirakımla bağlı məlumatlar çatdırılır. Növbəti mərhələdə görüşləri keçirməyi planlaşdırırıq…"

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description