- Göz önü
- 11:03
- 1 214
QHT sədri milli-mənəvi dəyərlərin tədqiqatı mərkəzinin yaradılmasını təklif edib
Milli-mənəvi dəyərlərin tədqiqatı mərkəzi yaradılmalıdır.
Bunu Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev sentyabrın 30-da Bakıda "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mübarizə mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, belə bir qurum milli kimliyin qorunmasında mühüm rol oynaya bilər: "Biz ideoloji hücumlara qarşı sipər yaratmalıyıq".
Ə.Nuriyev bildirib ki, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı startaplara, animasiya filmlərinə ehtiyac var.