TƏBİB sədri: Keçən illə müqayisədə təcili yardıma daxil olan çağırış və təxliyə sayı artıb

Bu ilin ötən dövründə təcili yardıma müraciət edənlərin sayı artıb.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, bu ilin doqquz ayında təcili yardım xidmətinə 600 minə yaxın çağırış daxil olub:

"Həmin müddətdə 40 minə yaxın əsassız çağırış qeydə alınıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 35 minə yaxın olub. Keçən illə müqayisədə təcili yardıma daxil olan çağırış və təxliyə sayı artıb".