Paşinyan İrəvanın Bakıya sülh müqaviləsi imzalamaq təklifini açıqlayıb

İrəvan Bakını sülh müqaviləsi imzalamağa dəvət etdi.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

BRİKS-ə üzv ölkələrin Kazanda keçirilən görüşündə siyasətçi bildirib ki, dövlətlər arasında sülh müqaviləsi layihəsi azı 80-90 faiz razılaşdırılıb.

“Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə bu cür iddialarla çıxış etməmək öhdəliyi ilə bağlı formalaşdırma artıq tam razılaşdırılıb”, - Paşinyan bildirib.

Paşinyan bildirib ki, layihədə bir-birinin daxili işlərinə qarışmamaq siyasətinin həyata keçirilməsi və diplomatik münasibətlərin qurulması sazişi də var.

Mövsüm

Aznews.az