- Göz önü
- 14 Dekabr 16:14
- 6 255
“Azərbaycana gələn turistlərin sayı 3 milyona çatacaq” -Kənan Quluzadə
2025-ci ildə Azərbaycana gələn turistlərin sayı 3 milyona çatacaq.
"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hazırkı artım templərinə əsasən, 2028-ci ilə qədər illik turist sayının 4 milyona yüksəlməsi proqnozlaşdırılır.
"2024-cü ildə Azərbaycana 24 519 kommersiya yönümlü uçuş həyata keçirilib ki, bu da əvvəlki dövrlə müqayisədə 18 % artım deməkdir. Eyni zamanda, yanvar-oktyabr aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ümumilikdə 2,49 milyard manatlıq əlavə dəyər yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 % artım təşkil edir," - deyə K. Quluzadə bildirib.