- Göz önü
- 19 Dekabr 23:37
- 2 293
Qafar Dəmirçi azadlığa buraxılıb
Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunaraq həbs edilən “AQA Şirkətlər Qrupu”nun icraçı direktoru Qafar Dəmirçi azadlığa buraxılıb.
APA xəbər verir ki, bununla bağlı bu gün Nərimanov rayon məhkəməsi qərar verib.
Məhkəmədə Baş Prokurorluğun təqdimatına baxılıb.
Təqdimat həbs qətimkan tədbirinin vaxtından əvvəl ləğvi ilə bağlı olub.
Məhkəmə təqdimatı təmin edib. Dəymiş ziyan tam ödənildiyi üçün onun barəsində həbs qətimkan tədbirinin ləğvi barədə qərar çıxarılıb.