- Göz önü
- 00:48
- 2 999
Qəzanın səbəbi nədir?- Kəmaləddin Heydərovdan suala cavab
"Hadisənin səbəbləri barədə indi heç nə deyə bilmərik”.
APA xəbər verir ki, bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə suala cavabında deyib.
Nazir bildirib ki, Qazaxıstan tərəfindən istintaq qrupu yaradılıb: “Eyni zamanda bizim də Baş Prokurorluq və Mülki Aviasiya Qurumunun nümayəndələri də orada iştirak edir. Ekspertlərin verdiyi qərardan sonra təyyarə qəzasına səbəblər barədə açıqlama veriləcək”.