AZAL prezidentindən vacib açıqlama

“Təyyarədə texniki nasazlıq olmayıb”.

AzNews.az xəbər verir ki, bunu AZAL prezidenti Samir Rzayev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

“Təyyarə 2024-cü ilin oktyabrında tam təmirdən çıxıb və daim yoxlanılıb. Pilotlarımız 15 min saatdan çox uçuş təcrübəsi olan pilotlar idi. Çox möhkəm təyyarə bələdçilərimiz olub. Təəssüf ki, iki pilotumuzu və bir təyyarə bələdçimizi itirdik. Amma onlar vəzifələrini qəhrəmancasına yerinə yetirdiyinə görə 29 nəfər sağ qalıb”, - AZAL prezidenti vurğulayıb.

AZAL-ın prezidenti Samir Rzayev Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin dronla vurulub-vurulmaması ehtimalından da danışıb.

S.Rzayev hələ bu kimi iddialarla bağlı konkret fikir bildirməyin mümkün olmadığını qeyd edib.

“Hələ heç bir iddia ilə bağlı konkret söz demək mümkün deyil. Hələ ki müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, - deyə AZAL-ın prezidenti əlavə edib.

AzNews.az