- Göz önü
- 27 Dekabr 22:09
- 1 176
BMT Baş katibi: "Nəticəni gözləyirik"
BMT Baş katibi Antonio Quterreş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin hansı səbəbdən qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Baş katibin sözçüsünün müavini Florencia Soto Nino bildirib.
O, qeyd edib ki, Baş katib faciəvi təyyarə qəzasının səbəblərini müəyyən etmək üçün araşdırmaların aparıldığından məlumatlıdır: “Biz Qazaxıstan Respublikasının hakimiyyət orqanlarının Azərbaycan Respublikası ilə əməkdaşlıq çərçivəsində faciəli hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmaya başladığını qeyd edirik. Nəticəni gözləyərkən Baş katib bir daha qurbanların ailələrinə və zərər çəkmiş xalqlara dərin hüznlə başsağlığı və başsağlığı verir”, - sözçü bildirib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan, AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəzada 38 nəfər faciəvi şəkildə həyatını itirib.