- Göz önü
- 28 Dekabr 13:23
- 986
Polis Akademiyasının rəisi: Vəkillər Kollegiyası ilə polis orqanları arasında səmərəli əməkdaşlıq mövcuddur
Vəkillər Kollegiyası ilə polis orqanları arasında səmərəli əməkdaşlıq mövcuddur.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, general-mayor Canpolad Daanov 28 dekabr - Vəkil Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Vəkillər Kollegiyası fəaliyyəti dövründə çox böyük nailiyyətlər əldə edib:
"Biz hüquqşünas ixtisası üzrə təhsil alan tələbələrdən gələcəkdəki fəaliyyətini soruşanda onlar vəkil olmaq istədiklərini deyirlər. Hazırda Vəkillər Kollegiyası ilə polis orqanları arasında səmərəli əməkdaşlıq mövcuddur. Polis Akademiyasında Vəkillər Kollegiyasının üzvləri də kursantlarımıza dərs deyirlər".