Təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli Yeqanov Bakıda dəfn olunub

Təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli Yeqanov dəfn olunub.

Onunla Xətai rayonunda keçirilən vida mərasimi başa çatandan sonra mərhum Sabunçu rayonunda tatar qəbiristanlığında torpağa tapşırılıb.

12.14

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 13 yaşlı Məhəmmədəli Fərid oğlu Yeqanovun nəşi Bakıya gətirilib.

Məhəmmədəli Yeqanovun nəşi Bakıya AZAL-a məxsus təyyarə ilə çatdırılıb.

Bu gün Məhəmmədəli Yeqanovla vida mərasimi keçirilib. Vida mərasimi Xətai rayonunda mərhumun yaşadığı evdə baş tutub. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Məhəmmədəlinin dostu Hüseyn Quliyev bildirib ki, o, Qroznıya anasının yanına gedirmiş: “Məhəmmədli getməzdən öncə hər kəslə sağollaşdı. Gülərüz idi... İdmanla - futbol, boks, yunan-roma güləşi ilə məşğul idi”.

Bibisi Zara İvanova bildirib ki, o, bayramı anası ilə birgə keçirmək üçün Qroznıya gedirmiş: “Anası orda yaşayırdı. Məhəmmədəli də bayrama görə ora gedirdi. Çox yaxşı uşaq idi. Onun itkisi barədə danışmaq çox çətindir. Allah rəhmət eləsin”.

13 yaşlı Məhəmmədəli Yeqanov Bakının "Gənclik" futbol klubunda çıxış edib.

Mərhum Sabunçu rayonunda dəfn olunacaq.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

image description image description image description image description