Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin dəfn mərasimi keçirilir - FOTO

Aktauda təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin dəfn mərasimi keçirilir.

AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunur.

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description