- Göz önü
- 12 Yanvar 23:10
- 1 377
Erməni diasporu Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna villa alır! - Əliməmməd Nuriyev
Beynəlxalq Cinayət Məhkəməsinin "ilk prokuroru", hüqüqi ləyaqətini və vicdanını itirmiş Luis Moreno Ocamponun Los-Ancelesdəki evi yanğında məhv olub. O, X platformasında paylaşdığı statusda bunları bildirib: "Bütün struktur çökdü, evim yox oldu... Malibu'dakı evim yanğın nəticəsində məhv oldu... "
Bu barədə "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev AzNews.az-a bildirib. QHT sədri qeyd edib ki, Los-Ancelesdəki erməni diasporunun üzvləri dərhal bu hadisəyə reaksiya verərək, Ocamponu narahat olmamaga, ona tam yeni ev almaga hazır olduqlarını bildirib.
"Beləliklə bu dəllal yenidən və daha böyük qızgınlıqla vaxtı ilə çalışdığı qurumdakı vəzifəsinin adından istifadəni davam etdirərək saga-sola saxta hüquqi şərhlərinin səpələməkdə davam edəcək. Bax, ən böyük siyasi korrupsiya budur!"- deyə Ə.Nuriyev fikrini yekunlaşdırıb.
AzNews.az