Azər Allahverənov: Müstəmləkəçiliklə mübarizə qlobal səviyyədə olmalıdır

Azərbaycanın Fransanın daxili işinə qarışdığını iddia edənlərə sual vermək lazımdır - müstəmləkəçilik bu ölkənin nə vaxtdan daxili işidir? Bu, ümumbəşəri problemdir.

Bunu Milli Məclisin deputatı Azər Allahverənov Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, müstəmləkəçiliklə mübarizə qlobal səviyyədə olmalıdır:

"Müstəmləkəçiliklə beynəlxalq hüquq çərçivəsində mübarizə aparan Azərbaycana "Bizim qırmızı xəttimizi tapdaladı" deyə mənfi münasibət göstərilir. Halbuki sizin "qırmızı xətt" dediyiniz şey utanc xəttidir. Bununla mübarizə isə sistemli olacaqdır".