Adəm Məmmədovun vəkillik fəaliyyəti dayandırılıb

Tanınmış vəkil Adəm Məmmədovun fəaliyyəti dayandırılıb.

AzNews.az Globalinfo-ya istinadən xəbər verir ki, qərar ötən gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası zamanı qəbul edilib.

Qərara əsasən, barəsində intizam icraatı başladılan vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb.

Təfərrüatlar hələlik açıqlanmır.

AzNews.az