Fərid Osmanov: “Kibertəhlükəsizlik üzrə kadrlara tələbatı artırır”

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 %-i işlə təmin olunub.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Məzun Günü” tədbirində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrlara olan tələbatı artırır:

“Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi bu sahədə peşəkar kadrların hazırlanması üçün fəaliyyətini davam etdirir. Bu gün dördüncü təlim proqramı çərçivəsində 100 nəfər məzun var. Ümumilikdə isə üç təlim proqramı üzrə 180 nəfər məzun olub. Hazırda ölkəmizdə kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı və məzunların işlə təmin olunması istiqamətində fəal iş aparılır”.

AzNews.az