- Göz önü
- 2 Fevral 02:40
- 2 905
ƏHD partiyasının Baş katibi vəfat edib
Parlamentdə təmsil olunan ƏHD partiyasının Baş katibi Yaşar Kələntərli vəfat edib.
Bu barədə partiya sədrinin müavini Niyaməddin Orduxanlı məlumat yayıb.
O, öz sosial şəbəkə hesabında yazıb:
"ƏHD partiyasına çox böyük bir itki baş verib. Partiyanın baş katibi, Azərbaycanın dövlət müstəqiliyinin əldə olunmasında böyük mücadilə vermiş, Milli Azadlıq Hərəkatının fəallarından biri, Bütöv Azərbaycan sevdalısı, türk milliyyətçisi, dəyərli qardaşımız Yaşar Kələntərli dünyasını dəyişib. Hamımızı sarsıdan bu xəbərə hələ də inana bilmirik".
Allah ailəsinə, doğmalarına, silahdaşlarına səbr versin. Məkanı cənnət olsun!
AzNews.az