Onlarla plastik cərrahın lisenziyası ləğv edilib: Aralarında Sevinc Heydərova da var!

Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib.

Qərara əsasən, Sevinc Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.

Məlumata görə, Sevinc Heydərova ilə bərabər 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib.

Lent.az Sevinc Heydərova ilə əlaqə saxlamağa çalışsa da telefona köməkçisi cavab verib.

O, saytımıza açıqlamasında hazırda işləmədiklərini və Sevinc Heydərovanın ölkə xaricində olduğunu, bir ay sonra Bakıya qayıdacağını qeyd edib.

Köməkçisi Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu bildirib.

"İnternational Medical Centre"dən də saytımıza bu barədə açıqlama verilməyib.

AzNews.az