- Göz önü
- 5 Fevral 18:07
- 2 606
Azərbaycanlı alim ABŞ-da vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Rüfət Mir-Qasımov 85 yaşında vəfat edib.
Mərhum alimin qardaşı Xalq artisti Oktay Mir-Qasımın verdiyi məlumata görə, R. Mir-Qasımov Amerikada yaşadığı evdə dünyasını dəyişib.
Oqtay Mir-Qasımın sözlərinə görə, bir müddət əvvəl qardaşının ürəyində və ağciyərində problemlərlər yaranıb.
Qeyd edək ki, Rüfət Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində anadan olub.
AzNews.az
