- Göz önü
- 6 Fevral 15:20
- 2 389
Nazir: Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil

Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil.
Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
O bildirib ki, ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı nəzərə alınacaq:
"Bununla yanaşı, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı və müəssisə rəhbərinin rəyi də nəzərə alınacaq. Şərtləri ödayən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər".
AzNews.az