- Göz önü
- 12:32
- 1 432
Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib.
Bu barədə Aznews.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Məlumatda qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, 2 nəfər əməliyyat üçün stasionara qəbul edilib.