- Göz önü
- 13:34
- 1 138
“Bakı Metropoliteni”nin Maliyyə departamentinə yeni rəis təyin edilib

Asəf İsgəndərli “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə rəis təyin edilib.
Bu barədə Aznews.az QSC-yə istinadən xəbər verir.
A. İsgəndərli 1990-cı ildə anadan olub. 2008-2012-ci illərdə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Maliyyə ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin fakültədə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 2013-2017-ci illərdə Qafqaz Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, 2017-2025-ci illərdə “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-də və “Azərsun Holdinq” MMC-də maliyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.