"Azərkosmos" Dunay Bədirxanova tapşırıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icra edilməsi Dunay Bədirxanova həvalə edilib.

D.Bədirxanov daha öncə qurumun İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra edib.

Qeyd edək ki, "Azercosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

AzNews.az