Qadın minatəmizləyən: Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm

Qadın minatəmizləyənlərə ehtiyac var, çünki mina məsələsi diqqət tələb edir və qadınlar da diqqətcildirlər.

Bu barədə "Minaların təmizlənməsi” layihəsinin benefisiarı Səmayə Əhmədli Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə martın 12-də Bakıda "Güclü Qadın, Güclü Cəmiyyət” mövzusunda keçirilən tədbirdə deyib.

O, ixtisasca müəllim və yeddi il pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, qadın minatəmizləyən olmaq qərarına gəldiyini bildirib:

"Bununla bağlı elan gördüyüm an iş üçün müraciət etdim. Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm. Axı niyə qadın minatəmizləyən olmamalıdır? Düşündüm ki, qadın minatəmizləyənlərin olması çox vacibdir. Çünki qadınlar diqqətcildir və mina məsələsi də diqqət tələb edir”.