- Göz önü
- 17 Mart 17:21
- 4 421
İngilis dili imtahanları ucbatından Dilçilik İnstitutunda doktorantura yerləri boş qalıb

"Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb".
Bunu Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimatında deyib.
O qeyd edib ki, doktoranturaya qəbul zamanı ingilis dili imtahanları İELTS səviyyəsində təşkil edildiyinə görə, azərbaycanlı alimlər bu imtahandan keçə bilmirlər və nəticədə, dörd ildir ki, yerlər boş qalıb.
DİM sədri Məleykə Abbaszadə isə onun bu iradına cavab olaraq bildirib ki, həmin imtahanlarda ingilis dili B2 səviyyəsində tələb olunur.
Sayalı Sadıqova sonda Azərbaycan dilində tədqiqat aparan folklorşünas, dilçi alimin ingilis dilini bu səviyyədə bilməsinə ehtiyac olmadığını deyib.
AzNews.az